Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:05

İranda Khamneinin rəqibləri prezident seçkisinə buraxılmadı


Esfandiar Rahim Mashaie (solda) və Akbar Hashemi Rafsanjani (sağda)
Esfandiar Rahim Mashaie (solda) və Akbar Hashemi Rafsanjani (sağda)
İranda iyunun 14-nə təyin olunan prezident seçkilərində keçmiş prezident, islahatçıları dəstəkləyən Akbar Hashemi Rafsanjani və indiki prezident Mahmud Ahmadinejadın müttəfiqi Esfandiar Rahim Mashaie iştirak edə bilməyəcəklər.

İranın dövlət televiziyası və yarı-rəsmi Fars xəbər agentliyinin yaydığı məlumata görə, mayın 21-də Konstitusiya Mühafizləri Şurası onların namizədliyini qeydə almayıb.

Hər iki namizəd mühavizəkar və sərt xətt tərəfdarı olan İranın Ali Dini lideri Ayatollah Ali Khamneinin siyasətinə qarşı çıxırdılar.

Prosedurlara görə, Mühafizlər Şurası qeydiyyata aldığı namizədlərin siyahısını Daxili İşlər Nazirliyinə təqdim edir və 2 günlük yoxlamadan sonra Nazirlik siyahını ictimaiyyətə açıqlayır. Bundan sonra qeydə alınan namizədlər təşviqat kampaniyasına başlaya bilərlər.

Dünən Mühafizlər Şurasının sözçüsü bildirmişdi ki, bəzi zəif namizədlər seçkiyə buraxılmaya bilər.

Mühafizəkar namizədlərdən bəziləri 78 yaşlı Rafsanjaninin prezidentlik üçün çox qoca olduğunu bildiriblər.

İndiki prezident Mahmud Ahmedinejatın 2-ci səlahiyyət dövrü gələn ay başa çatır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG