Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:33
-
İranda həbsdən buraxılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Təbrizdə, Azərbaycan konsulluğundadırlar.

Məlumatı MediaForum-a İranda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Cavanşir Paşazadə verib:

«Xalidə Xalidin viza müddəti bitdiyi üçün müəyyən sənədləşmə işləri aparılır. Bu məsələlər həll olunan kimi Azərbaycana dönəcək».

Deputat bildirib ki, Xalidə Xalidin nümayəndə heyəti ilə birlikdə vətənə dönəcəyi ilə bağlı xəbərlər həqiqətəuyğun deyil:

«Nümayəndə heyəti mayın 21-də axşam Azərbaycana qayıdacaq. Xalidə Xalid isə ola bilər bu gün, ola bilər sabah geri dönəcək».

AMEA-nın əməkdaşını və sürücüsünü aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT saxlamışdı. İran tərəfi onun casusluqda ittiham olunduğunu bildirmişdi.

Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. Bir gün sonra Xalidə Xalid və sürücüsü həbsdən azad olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG