Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:57

Məhbus fəalın səhhətində problem yaranıb


-
Həbsdə olan Zaur Qurbanlının səhhətinə təsir edən problemlər aradan qaldırılıb.

Bu barədə Zaur Qurbanlının vəkili Xalid Bağırov məlumat verib.

O, AzadlıqRadiosuna bildirib ki, Zaur 6 adamlıq üçün nəzərdə tutulan, səkkiz çarpayısı olan və 10 adamın olduğu kamerada saxlanırdı:

«Bundan başqa kamerada havanın dəyişməsi üçün imkan yoxdur. Bu şərait Zaurun səhhətinə çox ciddi təsir göstərirdi. Biz bu məsələni ictimailəşdirəndən sonra problemlər aradan qaldırıldı».

Zaur Qurbanlı qanunsuz silah gəzdirməkdə günahlandırılır. NİDA Vətəndaş Hərəkatının digər 6 üzvünün bəzisi martın 10-da «Fəvvarələr» meydanında keçirilmiş etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadəyə cəhddə, bəzisi də qanunsuz silah saxlamaqda təqsirləndirilir.

Beynəlxalq «Amnesty International» təşkilatı gəncləri «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG