Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:15
-

«HAKİMLƏR ONUN BİR SÖZÜNÜ İKİ ETMİR»

Şəki sakini Nərminə Məcidova «Qaynar xətt»ə Şəki şəhər qeydiyyat idarəsinin rəisi Ruhəngiz Əfəndiyevadan şikayət edib. Deyir, qohumu olan idarə rəisi vəzifəsindən sui-istifadə edərək onun mülkiyyət hüquqlarını tapdalayır:

«Atamla anam vəfat edəndən sonra bu qadının işi gücü bizə düşən mülk payını hissə-hissə əlinə keçirməkdən ibarətdir. Məhkəmələrlə yaxındır deyə, hakimlər onun bir sözünü iki etmir. Bir az səsimizi çıxaranda da bu xanım bizi polisə verir».

Nərminə Məcidovanın sözlərinə görə, Ruhəngiz Əfəndiyevanın həyat yoldaşı onun atası ilə əmioğlu olub. Ruhəngiz Əfəndiyeva 1976-cı ildə onların mülkinə gəlin köçüb. Elə həmin ildən də Şəkidə VVAQ müdiri (indi qeydiyyat idarəsi - E.C.) təyin olunub. Nərminə Məcidova iddia edir ki, Ruhəngiz Əfəndiyeva vəzifəsinə arxalanaraq, əlaqələrindən istifadə etməklə onların payına düşən əmlakı əlinə keçirməyə çalışır:

«VƏRƏSƏLİK ONA KEÇƏNDƏN SONRA...»

«Əri vəfat etdi, vərəsəlik ona keçən kimi evimizi dağıdıb, öz evini 3 metr bizim evimizin yerinə çəkdi. 4 ildir ki, Bakıda, Şəkidə, hər yerdə evi ola-ola bizim komamıza da göz dikib. Mənim torpağımı əvvəl zəbt etdi, sonra da bu əməlini məhkəmə ilə qanuniləşdirdi, torpağı məhkəmə yolu ilə öz adına keçirtdi».

TEXNİKİ PASPORTDA SAXTAKARLIQ OLUB?

Şəki şəhər qeydiyyat idarəsinin rəisi Ruhəngiz Əfəndiyeva isə qohumu Nərminə Məcidovanın dediklərini haqlı hesab etmir. Onunla Nərminə Məcidovanın bacısı, atadan miras qalmış mülkün hüquqi sahibi olan Rufayət Məmmədova Şəki rayon Məhkəməsində bir-birlərinə qarşı iddia qaldırıblar.

Məsələn, Ruhəngiz Əfəndiyeva məhkəmədə məsələ qaldırıb ki, Şəkinin Oxud kəndində yerləşən və Rufayət Məmmədovanın yaşadığı ümumi mülkə 1988-ci ilin fevral ayında verilmiş texniki pasportda birinci mərtəbədəki otaqda pəncərə yoxdur. Ancaq sonradan Əmlak Məsələləri üzrə Dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda evin arxa tərəfində pəncərənin yerləşdiyi və torpaq sahəsinin 18 sot olduğu göstərilib. Ruhəngiz Əfəndiyeva bildirib ki, saxtakarlıq edilərək, texniki pasportda torpaq sahəsinin ölçüsü artırılıb. Bu saxtakarlıq da bir vərəsə kimi onun hüquqlarını pozub. Buna görə də həmin texniki pasportu məhkəmə yolu ilə ləğv etdirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG