Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:55

Abxaziyanın müstəqlliyini tanıyan bir dövlət fikrini dəyişdi


Əvvəllər Gürcüstanın separatçı regionu olan Abxaziyanın müstəqilliyini tanıdığını bəyan edən Sakit okeandakı Vanuatu dövləti indi fikrini dəyişib.

Gürcüstan prezidenti Mikheil Saakashvili mayın 21-də belə deyib. Gürcüstan prezidenti Vanuatunun addımını tarixi adlandırıb və bunun Rusiya diplomatiyası üzərində qələbə olduğunu əlavə edib. Saakashvili bu həftə Tailanddakı ASEAN ölkələri toplantısında Vanuatu Baş naziri Moana Carcasses Kalosillə görüşmüşdü.

2008-ci ildəki Rusiya-Gürcüstan savaşından sonra Rusiya Abxaziyanın müstəqilliyini tanımışdı. 2011-ci ildə də Vanuatu belə bəyanat vermişdi.
XS
SM
MD
LG