Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

İranda prezidentliyə namizədlər açıqlanır


Mayın 21-də İranın Konstitusiya Mühafizləri Şurası prezident seçkisində iştirak üçün qeydiyyata alınan namizədlərin siyahısını təsdiqləyəcək. Şura bu siyahını öncə Daxili İşlər Nazirliyinə təqdim edir və 2 günlük yoxlamadan sonra Nazirlik siyahını ictimaiyyətə açıqlayır. Namizədliyi qeydə alındığı açıqlanan namizədlər bundan sonra iyunun 14-nə təyin edilən seçkilər üçün təşviqat kampaniyasına başlaya bilərlər.

Mayın 20-də Mühavizlər Şurasının sözçüsü bildirmişdi ki, bəzi zəif namizədlər seçkiyə buraxılmaya bilər.

Mühafizəkar namizədlərdən bəziləri İranın keçmişdə prezidenti olan islahatçı Akbar Hashemi Rafsanjaninin 78 yaşı olduğunu və prezidentlik üçün çox qoca olduğunu bildiriblər.

İndiki prezident Mahmud Ahmedinejatın 2-ci səlahiyyət dövrü gələn ay başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG