Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 16:10

Həmsədrlərin bölgəyə səfəri Azərbaycandan başlayacaq



ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri Azərbaycandan başlayacaq. Fransalı həmsədr Jacques FaureAPA-ya bildirib ki, onlar mayın 22-də Bakıya gələrək Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəklər. Ertəsi gün vasitəçilər Ermənistana gedəcək.

J. Faurebu dəfə Dağlıq Qarabağa səfərin nəzərdə tutulmadığını söyləyib:

«Bu, nazirlərin Krakov görüşünün nəticələrini ölkə rəhbərləri ilə müzakirə etmək üçün Bakı və İrəvana qısamüddətli səfər olacaq».

Mayın 17-də Polşanın Krakov şəhərində həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilib. Görüşdən sonra verilən açıqlamada bildirilib ki, nazirlərlə görüşdə həmsədrlər sülh üçün əlverişli mühitin yaradılmasına kömək məqsədilə etimad artırıcı tədbirlərin həyata keçirilməsini müzakirə ediblər. Onlar bu məsələləri iki ölkə prezidenti ilə müzakirə etmək üçün regiona səfər etmək qərarına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG