Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:57

Buludlu hava şəraiti müşahidə ediləcək


Mayın 22-də Azərbaycanda dəyişkən buludlu hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 22-də əsasən cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG