Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:24
-

Bu il 100 mindən çox abituriyent ali məktəbə qəbul olunmaq üçün ərizə verib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 21-də keçirdiyi mətbuat konfransında bildirib.

TQDK-nın rəsmi saytında verilən məlumata görə, 70 minə yaxın abituriyent ilk dəfə ərizələrini özləri, Sənəd Qəbulu Komissiyasına getmədən təsdiq ediblər.

Məleykə Abbaszadə bildirib ki, bu il də aşağı balla universitetlərə qəbul mümkün olacaq. Amma aşağı keçid balı ilə yalnız təhsil haqqı yüksək olan özəl ali məktəblərə qəbul aparılacaq.

Sədr deyib ki, dövlət sifarişli yerlərdə bu il keçid balları aşağı olmayacaq. Bu yerlərdə ödənişsiz təhsil almaq istəyən abituriyent 550-dən aşağı bal toplamamalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG