Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:57

Azərbaycanın cəzaçəkmə müəssisələrində 16-17 min məhkum var


Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cəzaçəkmə müəssisələrində 16-17 minə yaxın məhkum var.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov bildirib.

R. Ramazanov məhkumların sayının mütəmadi olaraq dəyişdiyini qeyd edib:

«Bu rəqəmlər tez-tez dəyişdiyi üçün konkret rəqəm demək olmur. Bilirsiniz ki, hazırda Milli Məclisin «Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» 7 may 2013-cü il tarixli qərarının Cəzaçəkmə müəssisələri üzrə icrası davam edir. Bu akt nəticəsində məhkumlardan azadlığa buraxılan olacaq. Nəticədə müəssisələrdə saxlanılan məhkumların sayı 15 minə qədər azalacaq».

Bu gün Amnistiya aktı 7 və 15 saylı Cəzaçəkmə müəssisələrində icra olunub. 7 saylı cəzaçəkmə müəssisəsindən 3, 15 saylı cəzaçəkmə müəssisəsindən isə 4 məhkum azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG