Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:24

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilir


Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov-la Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başlayıb.

APA-nın məlumatına görə, S. Lavrov bildirib ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və iki ölkənin birgə planlaşdırdığı tədbirlər müzakirə olunacaq: «Qeyd edim ki, iki ölkənin müxtəlif regional və beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı yüksək səviyyədədir».

Elmar Məmmədyarov isə S. Lavrov-un Azərbaycana Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunan səfərini xatırladıb: «Ümid edirəm ki, konstruktiv müzakirələr olacaq. Qeyd etmək istərdim ki, Rusiya-Azərbaycan münasibətləri strateji səviyyədədir».

Görüş daha sonra mətbuat nümayəndələrinin iştirakı olmadan davam etdirilib.
XS
SM
MD
LG