Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:48

Elmar Məmmədyarovun Rusiyaya səfəri başlayıb


Mayın 20-də xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində onun xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərə dair məsələlərin geniş spektrini, beynəlxalq və regional problemləri müzakirə etmək nəzərdə tutulur. Danışıqların əsas mövzularından biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması olacaq.

İki günlük səfər çərçivəsində xarici siyasət sahəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinin müzakirə edilməsi və birgə sənədlərin imzalanması gözlənir.

Məlumatı AzərTAc yayıb.
XS
SM
MD
LG