Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:58

Sərnişin qatarlarının hərəkət cədvəli dəyişir


Mayın 26-dan etibarən «Azərbaycan Dəmir Yolları» QSC-nin ölkədən kənara və ölkə daxilində sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcək.

QSC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Bakı-Moskva sürət qatarı - həftədə bir dəfə «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus heyətlə Bakıdan III günlər saat 21:55-də yola düşəcək. Qatar Kurskaya stansiyasına (Moskva) VI günlər saat 04:15-də çatıb və həmin gün saat 16:49-da əks istiqamətdə yola düşəcək. Vaqonlar təmirdən qayıtdıqdan sonra «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus heyətlə ikinci qatar Bakıdan VII günlər yola düşəcək.

Həmçinin, Bakı-Moskva sürət qatarı - həftədə iki dəfə Rusiya Dəmir Yollarına məxsus heyətlə Bakıdan I və V günlər saat 21:55-də yola düşəcək, Kurskaya stansiyasına I və IV günlər saat 04:15-də çatacaq. Moskvadan qatar həftənin II və V günləri saat 16:49-da yola düşəcək.

Bakı-Xarkov sərnişin qatarı Azərbaycana məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

Bakı-Tümen sərnişin qatarı Rusiyaya məxsus heyətlə günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək. Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonları və yay mövsümündə Novosibirsk-Bakı birbaşa vaqonu hərəkət edəcək.

Bakı-Rostov sərnişin qatarı Şimali Qafqaz Dəmir Yoluna məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

Bakı-Tbilisi sərnişin qatarı öz hərəkət cədvəli və sxemi üzrə hər gün hərəkət edəcək.

Yerli istiqamətdə hərəkət edən digər sərnişin qatarları öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG