Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:33

«Vasif Talıbov heyvandarlıq təsərrüfatında...»


Vasif Talıbov
Vasif Talıbov

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq qapısı» - 18 may 2013

Babək rayonunda heyvandarlıq təsərrüfatı yaradılmışdır

... Əhalini keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin etmək məqsədilə mövcud mal-qaranın cins tərkibi yaxşılaşdırılır, mütərəqqi təsərrüfatçılıq metodlarından istifadə olunaraq yeni heyvandarlıq təsərrüfatları yaradılır.

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov heyvandarlıq təsərrüfatına baxmışdır.

…Heyvandarlıq təsərrüfatında hər biri gündəlik 20 litrə yaxın südvermə qabiliyyətinə malik 588 baş «holşden-friz», «simmental» və «şvis» cinslərindən olan inək saxlanılır. Təsərrüfatın illik süd istehsalı 900 tondur. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin və keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Hazırda təsərrüfatdakı sağmal heyvanların sayı 159 başdır. Onlardan 178 bala alınmışdır.

..Heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyini qeyd edən Ali Məclisin Sədri keyfiyyətli ət və süd məhsulları istehsalının əhəmiyyətini vurğulamış, cins mal-qara saxlanılan fermer təsərrüfatlarının genişləndirilməsinə bundan sonra da lazımi dövlət dəstəyinin göstəriləcəyini bildirmişdir.

Heydər Əliyev Muzeyində miniatür kitab sərgisi təşkil olunub

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində miniatür kitab sərgisi təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, miniatür kitablar xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
«Kitab» Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi, «Şöhrət» ordenli Zərifə Salahova bildirib ki, indiyədək Azərbaycan Respublikası «Kitab» Cəmiyyətinin xəttilə ulu öndər Heydər Əliyevlə bağlı 39 miniatür nəşr işıq üzü görüb. Müxtəlif ölçülərdə buraxılan kitabların hamısı Heydər Əliyev Fondunda və Bakıdakı Miniatür Kitab Muzeyində nümayiş etdirilir. Bu gün Miniatür Kitab Muzeyində nümayiş etdirilən ən dəyərli nəşrlər məhz Heydər Əliyevə həsr olunmuş kitablardır. Çünki Azərbaycanda belə bir muzeyin varlığı, mövcudluğu da qurucu rəhbərin adı ilə bağlıdır.
XS
SM
MD
LG