Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Tikinti şirkətinin rəhbəri barəsində cinayət işi başlanıb


-
Paytaxtda müştəriləri aldadan daha bir tikinti şirkətinin rəhbəri haqda cinayət işi açılıb.

Bu haqda Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bu, «Ayla» Mənzil-Tikinti Kooperativinin sədri Əli Abışovdur. Onunla bağlı iş Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılır.

Məlumata görə, Əli Abışov paytaxtın Yeni Günəşli qəsəbəsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının qazlaşdırılması, sayğac quraşdırılması və mənzillərə mülkiyyət hüququna dair sənədlərin hazırlanması üçün ödəniləcək rüsumlar üçün 68 mənzil sahibindən ümumilikdə 131 min dollar toplayıb. Bunun müqabilində mənzil sahiblərinə qəbz və ya digər rəsmi sənəd vermədən həmin pulları kooperativin xəzinəsinə mədaxil etməyərək mənimsədiyi bildirilir.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG