Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46

Prokurorluq liseydə tələbə təqaüdlərinin mənimsəndiyi aşkar edib


Arxiv: Rəşid Şerifin karikaturası

Arxiv: Rəşid Şerifin karikaturası

Respublika Prokurorluğu Bakıdakı Abşeron-Binə peşə liseyinin vəzifəli şəxslərini tələbə təqaüdlərini mənimsəməkdə ittiham edir.

Prokurorluqdan mayın 20-də yayılan xəbərdə deyilir ki, Şərafət Mehdiyevadan onlara edilən şikayəti yoxlayanda təqaüdlərin mənimsəndiyini aşkar ediblər: “Abşeron-Binə peşə liseyinində baş verən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Liseyin istehsalat təlimi ustası Şərafət Mehdiyevanın xidməti otağına keçirilən baxış zamanı liseydə təhsil alan tələbələrə məxsus və son istifadə tarixi 2013-cü ilin oktyabr ayınadək olan 17 ədəd plastik təqaüd kartları aşkar edilib. Araşdırmalarla həmin kartlarla təqaüdlərin liseyin vəzifəli şəxsləri tərəfindən çıxarılaraq mənimsəndiyi müəyyən edilib” – deyə rəsmi xəbərdə deyilir.

Prokurorluq bununla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparır.

Bi ittihamlar sübut olunsa, təqsirkar şəxslər 1 000 manatdan 2 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud da əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Amma hələlik Respublika Prokurorluğunun ittihamı ilə bağlı nə Abşeron-Binə liseyinin rəhbərliyi, nə adı çəkilən usta və ya onların vəkillərinin hər hansı mövqeləri məlum deyil.
XS
SM
MD
LG