Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

İlham Əliyev "Eurovision"da Rusiyaya verilən səslərlə bağlı araşdırma aparılmasına göstəriş verib


“Eurovision” müsabiqəsinin finalında Azərbaycan Rusiyaya 10 xal verib, lakin bu səslər harasa yoxa çıxıb. Konkret nə baş verdiyi bəlli deyil, Azərbaycan prezidenti İlham Əliyev bu xoşagəlməz insidentin araşdırılması üçün göstəriş verib”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Vestnik Kavkaza” saytına müsahibəsində deyib.

Polad Bülbüloğlu bildirib ki, “Azərbaycanda çoxları Rusiyaya verdikləri səslərin itməsindən qəzəblənib. Bizim hörmətli prezidentimiz bu məsələnin araşdırılmasını tapşırıb. Aydın olur ki, Azərbaycanda Rusiyaya səs verilib, lakin məsələ bundadır ki, bütün səslər Almaniyada hesablanır və yekun nəticə oradan yayılır”.

Səfirin sözlərinə görə, hazırda Azərbaycanda səslərin yenidən sayılması aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG