Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:04

Gəncə zavoduna filtrlər quraşdırılır


Tullantılar ekologiyaya ağır zərbələr vurur

Tullantılar ekologiyaya ağır zərbələr vurur

-
«Azəralüminium» ASC-nin tabeliyində olan Gəncə Gil-Torpaq kombinatına dəyəri 34 milyon avro olan filtr kompleksi quraşdırılır.

Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

«Azəralüminium» ətraf mühitin çirkləndirməsinin qarşısını almaq üçün ərazinin təmizlənməsi işlərinə də başlayıb.

Elmar Vəliyev bildirib ki, tullantılar ekologiyaya ağır zərbələr vurub. Hətta həmin tullantıların tərkibində olan qələvi turşular ərazini zəhərləməklə yanaşı, hektarlarla ərazini qalın təbəqəyə bürüyüb.

Çirklənmiş ərazi 2 aya 20-30 santimetr qalınlıqda çınqılla, torpaqla örtüləcək.

Zavodun yaxınlığında 25 hektar sahədə qaçqın və məcburi köçkünlər üçün şəhərcik salınır.
XS
SM
MD
LG