Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:42

Xalidə Xalid və Şahmar Hüseynov 2 günə Azərbaycana veriləcək


İranda ötən gün həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək. İranda səfərdə olan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətindən APA-ya verilən məlumata görə, hazırda hər iki ölkənin müvafiq qurumları təhvil-təslim işləri ilə bağlı sənədləşmə aparır.

Sənədləşmə işi başa çatdıqdan sonra Azərbaycan vətəndaşları təhvil veriləcək. Onların Azərbaycan nümayəndə heyəti ilə birgə vətənə qayıtması gözlənilir. Şeyxin başçılıq etdiyi nümayəndə heyəti İrana səfərini mayın 22-də yekunlaşdırıb Azərbaycana qayıdacaq.

Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG