Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:35

"Gündəm xəbər"in baş redaktoruna 3 il şərti həbs cəzası verildi


Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində “Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə Şirin Cəfəri barəsində 3 il müddətinə azadlıq məhrum etmə cəzası təyin edib. Bu cəza şərtidir və iki il sınaq müddəti təyin edilib. Eyni zamanda hökmə əsasən, Ş. Cəfəridən ödəməkdən yayındığı 71 min 400 manat vergi borcu da tutulacaq.

Ötən prosesdə dövlət ittihamçısı Ş. Cəfərini iri məbləğdə vergidən yayınmaqda ittiham edib.
İttihamda Cəfərinin 71 min manat məbləğində vergini ödəməkdən yayınması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Vergilər Nazirliyinin rəyi əsas götürülüb.
XS
SM
MD
LG