Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Təhsil Nazirliyi qəbul aparacağı 476 xarici universiteti açıqlayıb


Təhsil Nazirliyi 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramına əsasən qəbul aparacağı xarici ölkə universitetlərinin siyahısını açıqlayıb.
Qəbul aparılacaq xarici ali məktəblərin ölkələr üzrə siyahısında isə 34 ölkənin 476 universiteti qeyd olunub.
Azərbaycanlı tələbələr dövlət proqramı çərçivəsində ABŞ-ın 3, Almaniyanın 30, Avstraliyanın 22, Avstriyanın 15, Belarusun 4, Belçika 7, Bolqarıstanın 1, Birləşmiş Krallığın 27, Çexiyanın 3, Çinin 20, Estoniyanın 2, Finlandiyanın 6, Fransanın 64, Hindistanın 7, İrlandiyanın 4, İspaniyanın 10, İsveçin 11, İsveçrənin 12, İtaliyanın 24, Kanadanın 10, Koreyanın 20, Latviyanın 3, Litvanın 5, Macarıstanın 11, Malayziyanın 8, Niderlandın 15, Norveçin 4, Polşanın 3, Rusiyanın 50, Sinqapurun 3, Türkiyənin 23, Ukraynanın 2, Yaponiyanın 40, Yeni Zelandiyanın isə 7 universitetində təhsil ala biləcəklər.
Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün prioritet ixtisas istiqamətləri də müəyyən edilib.
Prioritet ixtisas istiqamətlərinə baytarlıq, biologiya, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, təhsilin təşkili və idarə olunması, tibb və turizm daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG