Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:45

Azərbaycanda havanın temperaturu yüksəlir


Mayın 21-dən Azərbaycan ərazisində havanın temperaturu 2-3 dərəcə yüksələcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru buludluğun artacağı və yarımadanın bəzi yerlərində qısa müddətli yağışın yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam doğru yarımadanın bəzi yerlərinə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27 dərəcə olacaq.

Azərbaycanın rayonlarında da mayın 21-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 22-də də gecə və aşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.
XS
SM
MD
LG