Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08
-

Göyçay rayonuna yağan güclü leysan yağışı səbəbindən yaranan sel suları evlərə, əkin sahələrinə ziyan vurub.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, ötən gecə rayon ərazisinə güclü leysan yağışı yağıb, dağlardan gələn sel suları şəhərin qərb hissəsinə, Ərəbcəbirli, Kürdşaban və Şəhadət kəndlərinə ziyan vurub. Güclü sel səbəbindən 150-yə yaxın evin həyətyanı sahəsinə, mənzillərin zirzəmilərinə, kafe və çayxanalara, sosial obyektlərin ərazisinə su dolub, küçələri lil qatı örtüb.

Sel suları həyətyanı sahələrin hasarlarını və yardımçı tikililəri uçurub, 100 hektardan çox əkin sahəsinə və taxıl sahəsinə ciddi ziyan vurub. Hazırda sel basan ərazilərə ağır texnikalar və su çəkən nasoslar cəlb edilib, əhaliyə dəyən ziyanın fəsadları aradan qaldırılır. Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri əraziyə baxış keçirirlər. Vətəndaşlara dəyən ziyan araşdırılır.

Ötən gün güclü küləklə müşayiət olunan leysan yağışları Bığır, Sahsoltanlı və Yekəxana kəndlərində taxıl sahələrinə də ziyan vurub. Külək səbəbindən Bığır kəndində 5 elektrik dirəyi, iki ağac aşıb, naqillər qırılıb, Bığır kəndi ərazisində yerləşən 8 saylı elektrik şəbəkə paylayıcısından enerji alan 16 kənd elektrik enerjisiz qalıb. Artıq bəzi kəndlərə elektrik enerjisinin verilişi bərpa edilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG