Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:08

Yağış Quba rayonunda fəsadlar törədib


Ötən gün Quba rayonunda yağan yağış bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, Çiçi kəndində bir neçə kəndarası körpünü sel aparıb. Kənd sakinlərinə məxsus bir neçə yarımtikilini su basıb, bir sakinin tövləsini sel dağıdıb.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov bildirib ki, Ağçayda suyun artması nəticəsində Tülər kənd sakinlərinin evlərinə qayıtmasında müvəqqəti çətinlik yaranıb. Y. Abidovun sözlərinə görə, dəyən ziyanın müəyyənləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Quba Regional Hidrometeorologiya İdarəsindən APA-ya verilən məlumata görə, Vəlvələçay, Nohurdüzü və Cimiçayda suyun səviyyəsi 20-25 sm artıb. Bu da həmin ərazilərdə xüsusi təhlükəli vəziyyət yaradıb. İdarədən verilən məlumata görə, yağıntılı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.
XS
SM
MD
LG