Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Şimali Koreya 4-cü raket sınağını keçirib


Foto arxiv
Foto arxiv
Məlumatlara görə Şimali Koreya son 2 gün ərzində özünün şərq sahilində 4 qısa mənzilli raketin sınağını keçirib.
Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndəsi 4-cü raketin bazar günü Şərqi-Çin dənizindən buraxıldığını deyir.

Şənbə günü isə Şimali Koreya 3 belə raketin sınağını keçirib.

BMT-nin baş katibi Ban Kİ Moon sonuncu sınaqdan əvvəl Şimali Koreyanın son addımlarından dərin narahatlığını bildirib.
O Pxenyanı növbəti sınaqlardan çəkinməyə və nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlar masasına dönməyə çağırıb.

Ban Ki Moon RİA Novosti agentliyinə müsahibəsində Şimali Koreyanın son addımını təxribat adlandırıb.
O hesab edir ki, Moskva nüfuzundan istifadə edərək Koreya yarmadasındakı gərginliyi azalda və Pxenyanla dialoq yarada bilər.

Ban Ki Moon cümə günü Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Danışıqlar zamanı əsasən Suriya və Koreya yarmadasındakı vəziyyət müzakirə olunub.
XS
SM
MD
LG