Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:20
Pakistan polisi keçmiş kriket ulduzu İmran Khanın partiyasından olan siyasətçi qadının öldürüldüyünü deyir.

Zohra Shahid Hussain dünən Karaçi şəhərində evinin kəndarında öldürülüb.
Qətli törədən yaraqlıları ələ keçirmək mümkün olmayıb.
Zohra Hussain Sind əyalətində “Təhriki insaf” partiyasının sədr müavini idi.
Qətl seçki saxtakarlığı ilə bağlı bu gün Karaçidə keçirilən təkrar seçki ərəfəsində törədilib.

İmran Khan bu qətlə görə Karaçidə hakim siyasi qüvvə sayılan “Muttahida Qaumi Hərəkatı”nı günahlandırıb və belə bir zərif, incə xanımın qətlindən şoka düşdüyünü bəyan edib.
O xüsusilə partiyanın hazırda Böyük Britaniyada yaşayan lideri Altaf Hussainin adını çəkib və Britaniya hökumətini hazırda axtarışda olan bu şəxsə qarşı tədbirlər görməyə çağırıb.

Talibanın hədələrinə baxmayaraq mayın 11-də Pakistanda keçirilən ümummilli seçkilərdə 60faiz seçici iştirak edib.
Bu seçkilərdə keçmiş baş nazir Navaz Sharifin “Pakistan müsəlman liqası” partiyası qalib gəlib.
İkinci yerdə isə İmran Khanın partiyası gəlir.

Bu Pakistanın tarixində ilk demokratik seçkidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG