Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:04

Ağdaşda saxlanılan AXCP üzvləri sərbəst buraxılıb


-
Mayın 19-da Ağdaşda AXCP sədrinin müavini Asəf Quliyev, sədrin müşaviri Zərifə Məhyəddinova, partiyanın gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı saxlanılıb.

Onlar AXCP Ağdaş rayon şöbəsinin genişləndirilmiş müşavirəsində iştirak etmək üçün rayona gəlibmiş. Onlardan başqa 80 yaxın yerli fəallar da polisə aparılıb.

Bu haqda AzadlıqRadiosuna AXCP Ali Məclisinin Həsən Kərimov məlumat verib:

«Səhər saatlarından başlayaraq onların qaldıqları evlərə polis basqınlar olub. Eyni zamanda yerli cəbhəçilərin evlərinə də polis müdaxiləsi olub. 80- yaxın adamı evlərdən, müşavirəyə gələnləri küçələrdən yığıb polis şöbəsinə aparıblar».

Ağdaş rayon polis şöbəsinin növbətçi hissəsindən isə bildirdilər ki, rayonda AXCP üzvləri həbs olunmayıb. Növbətçi polis dedi ki, «bunlar yalan söhbətdir».

AXCP üzvləri bir neçə saat polis idarəsində qaldıqdan sonra sərbəst buraxıldılıblar.

“Bizi səhər saat 7-dən 16.30-a qədər Ağdaş rayon polis şöbəsində dindirdilər. Polis bizə Ağdaşa gəlməyimizin, müşavirə keçirmək istəməyimizin qanunsuz olduğunu bildirirdi. Hədə-qorxu gəlirdi. Bizə deyirdilər ki, burda dövlət çevrilişi etmək istəyirsiniz. Bizi saxladıqları müddətdə içməyə su da vermədilər”.
Bunu AzadlıqRadiosuna mayın 19-da Ağdaşda saxlanan AXCP sədrinin müşaviri Zərifə Məhyəddinova sərbəst buraxılandan sonra deyib.
Zərifə Məhyəddinova deyib ki, onlara xəbərdarlıq ediləndən sonra buraxılıblar. Ancaq bir neçə yerli cəbhəçi hələ də saxlanılır.
Mayın 18-də isə yerli icra orqanları AXCP Yardımlı rayon şöbəsinə müşavirə keçirməyə icazə verilməyib. Müşavirənin gələn həftə keçirilməsi qərara alınıb.

Bundan əvvəl mayın 7-də AXCP Ağstafa rayon yerli hakimiyyət orqanları icazə vermədiyi üçün iclasını Gürcüstanın Qardabani rayonunda keçirmişdi.

Mayın 5-də Şəkidə polis AXCP rəhbərliyinin yerli fəallarla görüşünə mane olmuşdu. AXCP Şəki rayon təşkilatının rəhbəri Əli Abdullayevin evinin həyətində keçirilən görüş vaxtı polislər həyətə girib toplaşanları dağıtmışdı.

Polis Sabirabad və Qəbələ rayonunun Nic kəndində AXCP rəhbərliyinin iştirakı ilə keçirilən müşavirələri də pozmuşdu.
XS
SM
MD
LG