Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:17

TQDK rus bölməsi abituriyentləri üçün imtahan keçirir


-
Mayın 19-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Qubada rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir.

İmtahanda 8407 abituriyent iştirak edir. 5779 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2628 nəfər isə əvvəlki illərin məzunlarıdır.

İmtahan 45 dəqiqə çəkəcək. Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı veriləcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək.

İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanda “qeyri-məqbul” alan, ya da imtahanda iştirak edə bilməyənlər növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Növbəti imtahan iyunun 23-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG