Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:14

Eurovision 2013-un qalibi Danimarka (VİDEO)


Emmelie de Forest final ərəfəsi məşqlər zamanı. Malmö. 17 may2013
Emmelie de Forest final ərəfəsi məşqlər zamanı. Malmö. 17 may2013

Malmödə keçən Eurovision finalında Danimarkanı təmsil edən Emmelie de Forest qələbə qazandı. Azərbaycan nümayəndəsi Fərid Məmmədov 2-ci yerə çıxdı

Malmödə keçən Eurovision finalında Danimarkanı təmsil edən Emmelie de Forest qələbə qazandı. Azərbaycan nümayəndəsi Fərid Məmmədov 2-ci yerə çıxdı.

Fərid Məmmədov Eurovision 2013-də "Hold me" mahnısını ifa edir

-
F.Məmmədovun final çıxışı

Səsvermə zamanı Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Çernoqoriya (Montenegro), Gürcüstan və Litva Azərbaycana ən yüksək - 12 xal verdilər.

Bundan başqa, Ukrayina, Rumıniya, Belarus Azərbaycana -10, Moldova, Fransa və Kipr - 8 xal verdilər.

"Çox güclü rəqabət gedirdi. Bir ara mənə elə gəlirdi ki, həyəcandan huşumu itirəcəm. Nə yaxşı ki, mənə dəstək olanları sevindirə bildim" - deyə Emmelie de Forest qalib kimi yenidən səhnədə çıxış edəndən sonra Danimarka TV-nə bildirdi.

Mətbuat konfransında kimi ən böyük rəqib görürdün sualına Emmelie cavab verdi:

- Qonşularımız Norveç və İsveçdən, bir də Azərbaycandan qorxurdum.

20 yaşlı Emmelie Danimarkanın şimalındakı kiçik Mariager şəhərində böyüyüb. Musiqiyə hələ uşaqlıqdan həvəs göstərək artıq 14 yaşında Şotlandiyalı musiqiçi Fraiser Neill ilə birlikdə Danimarka turnesində konsertlər verib. Onun özünəməxsüslqlarından biri kimi, dabansız ayaqqabılar və ya ayaqyalın çıxışlarını qeyd edirlər. Müğənni özü bunu Eurovision saytında belə izah edir:

"Mən həmişə hündür dabanları olmayan ayaqqabılarda və ya ümumiyyətlə ayaqqabısız mahnı oxumağa üstünlük verirəm. Yalın ayaqlar mənə yerə, torpağa yaxınlıq hissi verir, bu zaman özümü rahat hiss edirəm"

Emmelie de Forest-in oxuduğu "Only Teardrops" (Ancaq göz yaşları) mahnısı Danimarka milli seçmə yarışmasında səslərin 50 faizini qazandı (Qərb ölkələrinin təmsilçiləri Eurovisionda bir qayda olaraq milli yarışmadakı mahnıları ilə çıxış edirlər). Mahnının müəllifi Danimarkalı bəstəkarı Lise Cabble-nin indiyədək 3 mahnısı Danimarka milli yarışmalarında birinci yerə çıxmışdı.

VİDEO: Euriovision 2013-ün qalib mahnısı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG