Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:22

Azərbaycanın xarici işlər naziri Rusiyaya rəsmi səfər edəcək


-
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov mayın 20-də Rusiyaya rəsmi səfərə gedəcək.

apa-nın Rusiya XİN-ə istinadən yaydığı məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergei Lavrov-la görüşü nəzərdə tutulur.

Elmar Məmmədyarovun Rusiya paytaxtında aparacağı danışıqların əsas mövzusunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təşkil edəcək.

XİN başçıları xarici siyasət sferasında fəaliyyətin koordinasiya edilməsi məsələlərinə də toxunacaqlar.

Səfər çərçivəsində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2013-2014-cü illəri əhatə edən məsləhətləşmələr planı imzalanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG