Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:15

ABŞ Moskvanın Suriyanı raketlə təmin etməsindən narahatdır


Foto arxiv
Foto arxiv
ABŞ rəsmisi Rusiyanı Suriya rejimini gəmi əleyhinə raketlərlə təhciz etməkdə günühlandırır.

ABŞ silahlı qüvələri baş qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri Martin Dempsey Rusiyanın bu yaxınlarda Suriyaya müasir radarla təhciz edilmiş qanatlı “ Yaxont” raketləri verdiyini deyir.
Dempsey bildirib ki, bu Suriya müharibəsini daha da pisləşdirəcək.

Həmçinin ABŞ müdafiə naziri Chuck Hagel Moskvanı Suriya rejiminə hərbi yardım göstərməsinə yenidən baxmağa çağırıb və qeyd edib ki, Yaxın Şərqdə silahların çoxalması təhlükəlidir və ABŞ-la Rusiya regional müharibənin qarşısının alınmasında maraqlıdırlar.

Məlumatlara görə bu raketlər Aralıq dənizindəki hərbi gəmilərə təhlükə ola bilər.

ABŞ Suriya münaqişəsində prezident Bashar Assadın istefasını tələb edən üsyançıların tərəfini saxlayır.
Rusiya isə uzun illərdir ki, Suriyanın ən yaxın müttəfiqlərindən biridir.
Moskva bəyan edib ki, münaqişəyə baxmayaraq o Suriyaya silah satışı ilə bağlı müqaviləni yerinə yetirəcək.
XS
SM
MD
LG