Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

Avropa Birliyi Türkmənistan qarşısında tutulan müxbir məsələsini qaldırır


Aşqabatda səfərdə olan Avropa Birliyinin nümayəndə heyəti Türkmənistan rəsmiləri qarşısında Azadlıq Radiosunun Türkmən Xidmətinin müxbiri Rovshen Yazmuhamedovun tutulub-saxlanması məsələsini qaldırıb. Bunu Avropa Birliyinin Xarici siyasət rəhbəri Catherine Ashtonun sözçüsü Maja Kocijancic deyib.

Jurnalisti mayın 6-da Turkmenabat şəhərində polis saxlayıb. Türkmənistan rəsmiləri o vaxtdan bəri həbsdə saxlanan jurnalist barədə heş bir məlumat verməyiblər.

Qohumlarının dediyinə görə, Yazmuhamedovu Daxili İşlər nazirliyinin 6-cı İdarəsində saxlayırlar, bu İdarə isə mütəşəkkil cinayətkarlıq və terrorizmlə bağlı halları araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG