Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28
-

KƏND SAKİNİ İLƏ POLİS ARASINDA İNSİDENT OLUB

Mayın 16-da Göyçayın Çərəkə kəndində yol polisi ilə kənd sakini arasında insident yaşanıb. Bakı sakini Vaqif Bədirov kəndin yaxınlığındakı restorandan çıxanda idarə etdiyi avtomobil ağaca çarpıb.

Vaqif Bədirovun AzadlıqRadiosuna dediyinə görə, polis onu həmkəndlisi Ruslan Səmədovun avtomobilinə mindirərək polis şöbəsinə aparmaq istəyib. Sürücü əvvəlcə razılaşsa da, yarıyolda maşını saxlayaraq polisə getməkdən imtina edib. Bundan sonra polis və Ruslan Səmədov arasında insident yaşanıb.

Ruslanın anası Zəkəriyyə Səmədova AzadlıqRadiosuna söyləyib ki, həmin gün gecə polislər evlərinin qarşısında oğlunu döyüblər. Yoldaşını müdafiə etmək istəyən hamilə gəlinə də xəsarət yetiriblər:

«Axşam saat 10 olardı, küçədə səs-küy eşitdim. Küçəyə çıxanda gördüm ki, evimizin qarşısında polislər oğlum Ruslanı döyürlər. Bu vaxt onun hamilə yoldaşı da araya girdi. Polis gəlinimi itələyib yıxdı. Onu xəstəxanaya apardıq. Qəza törədən şəxs qalıb kənarda, mənim oğlumu həbs ediblər, gəlinimə də xəsarət yetiriblər. Hadisə ilə bağlı prokurorluğa ərizə vermişəm».

Göyçay rayon polis şöbəsinin əməliyyat üzrə müavini Faiq İlyasov AzadlıqRadiosuna Ruslan Səmədovun avtomobili sürücülük vəsiqəsi olmadan sürdüyü üçün saxlandığını deyib:

«Artıq sənədləşdirilib və Ruslan Səmədov buraxılıb. Araşdırma aparılır».

Ruslan Səmədovun valideynləri AzadlıqRadiosuna onun sərbəst buraxılmadığını, onun 3 günlük həbs olunduğunu deyirlər.

Göyçay rayon Prokurorluğu hadisə ilə bağlı onlara yazılı müraciət olunduğunu təkzib edir.

Şərhləri göstər

XS
SM
MD
LG