Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:44

İslam Partiyasının sədr müavini Rufulla Axundzadə infarkt keçirib


-
Azərbaycan İslam Partiyasının sədr müavini Rufulla Axundzadənin vəziyyəti ağırdır.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib:

«Mayın 8-də ona telefonla danışma hüququndan yararlanmağına icazə verməyiblər. Dini filmlərə baxmasına maneçilik törədiblər. Son 3 aydır ki, ona qarşı ciddi nəzarət tətbiq edilir. Ayın 8-dən sonra o, infarkt keçirib. Bu gün vəziyyəti elə pis idi ki, mən 15 nəfərin saxlandığı palataya qalxmalı oldum. Vəziyyəti çox pis idi. Onu da Vaqif Abdullayevin aqibəti gözləyə bilər».

Anar Qasımlı məhbusun saxlanma şəraitindən narazı olduğunu deyir:

«Həkimlərindən narazılığı yoxdur. Ancaq dərman preparatları çatışmır. Onları yaxınları alıb göndərir. Biz onunla bağlı aidiyyəti qurumlara müraciət edəcəyik».

Rufulla Axundzadə 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

2011-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fərəməz Abbasov 11 il azadlıqdan məhrum ediliblər.

Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

Onlar cinayətə hazırlıqda, qanunsuz silah saxlamaqda, hakimiyyəti zorla ələ keçirmədə ittiham olunublar.

Vaqif Abdullayev keçən il iyulun 12-də Penitensiar Xidmət İdarəsinin Müalicə Müəssisəsində vəfat edib.
XS
SM
MD
LG