Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:38
-
Sosial mediadan, xüsusən də Twitter-dən istifadə edənlər həm bu dünyada, həm də axirətdə rahatlıq tapmayacaqlar, cənnətə getməyəcəklər. Səudiyyə Ərəbistanının Baş müftisi, ölkənin baş dini rəsmisi, həm də Şəriət polisinin rəhbəri olan Sheikh Abdul Latif Abdul Aziz al-Sheikh bu həftə belə bir xəbərdarlıqla çıxış edib. O əlavə edib ki, Twitter laməkanların məkanıdır.

Səudiyyə Krallığı sosial medianı tənqid edən, hətta onu haram elan edən ilk rejim deyil. İrandakı molla rejimi də dəfələrlə Facebook və başqa şəbəkələri “sionist” oyuncağı adlandırıb, qadağan etmişdilər.

Azərbaycandan olan dinşünas Elşad Miri isə deyir ki, əslində bütün bunların əsl İslama aidiyyəti yoxdur. Çünki, müasir texnologiyaya qarşı din xadimlərinin bu cür hücumları hücumdan bu gün müsəlmanlar bütün dünyada sadəcə istifadəçi rolunda çıxış edirlər, ixtiraçı və ya mücid olaraq deyil.
Elşad Mirinin fikrincə, əsas olan niyyətdir.

DİN XADİMLƏRİ NİYƏ SOSİAL MEDİAYA QARŞIDIR?

Əslində Səudiyyə Krallığında din xadimlərinin social mediaya qarşı çıxışları təsadüfi deyil. Artıq uzun müddətdir ki, Səudiyya Krallığının rəhbərliyi ölkə vətəndaşlarının internet texnologiyalardan istifadəsinin əleyhinə kampaniya aparırlar. Və bu işdə din xadimlərinin köməyindən də istifadə edirlər.

Bu ilin aprel ayındakı Məkkədəki Böyük Məscidin İmamı televiziyada canlı yayımlanan cümə moizəsində bu məsələyə toxunmuşdu. Milyonlarla adamın izlədiyi çıxışda imam deyirdi ki, Twitter insanın kamilliyi və müsəlmanların bütövlüyünə böyük təhlükədir.

Səudiyyə Ərəbistanın Baş müftisi Sheikh Abdul Latif Abdul Aziz al-Sheikh daha əvvəl verdiyi açıqlamalarında Twitter istifadəçilərini axmaqlar adlandırmışdı.

SƏUDİYYƏ ƏRƏBİSTANINDA SKYPE-I DA BAĞLAMAQ İSTƏYİRLƏR

Krallıqda sosial şəbəkələrdən başqa Skype, WhatsApp, Viber kimi internet üzərindən mesajlaşma və səsli danışıq xidmətlərini də bağlamaq istəyirlər. Səudiyyə Ərəbistanın Rabitə nazirliyi yerli mediaya açıqca bəyan edir ki, ya terrorla mübarizə aparmaq üçün ölkənin hüquq-mühafizə orqanlarına bu şəbəkələrdəki danışıqlara nəzarət imkanı verilsin, ya da onları bağlayacaqlar.

Ancaq bu fikrə qarşı Səudiyyələr də elə dini əsaslarla qarşı çıxırlar. Məsələn, forumlarda yazan qadınlar deyirlər ki, əgər Skype-a kimsə nəzarət edəcəksə, bu o deməkdir ki, o özünə məhrəm olan şəxslə danışanda da hicab taxmalı, özünü məhdud aparmalıdır. Çünki onları izləyən dinə göə, avtomatik olaraq naməhrəmlər olacaq.

SOSİAL MEDİA MÜSƏLANLAR ARASINDA SÜRƏTLƏ POPULYARLAŞIR

Economist bildirir ki, son vaxtlar dünyanın müsəlmanlar yaşayan ölkələrində bahalı, internetə bağlı smartfonların istifadə faizləri Qərb dövlətlərini də keçir. Məsələn, Ərəb Amirliyi və Səudiyyə Ərəbistanında mobil istifadəçilərin 61 faizinin smartfonu var. Almaniyada bu 29 faizdir.

BBC isə yazır ki, əslində Səudiyyəlilərin həyatında son vaxtlar sosial şəbəkələr, xüsusən də Twitter sürətlə populyarlaşır. Çoxlu qadağalardan və qapalı cəmiyyətdən bezən ərəblər üçün bura bir növü yeganə açıq pəncərədir ki, öz fikirlərini yaza bilirlər.

SOSİAL MEDİANI HAKİMİYYƏT NİYƏ SEVMİR?

Amma ölkənin Şərqində şiələrin yaşadığı yerlərdə etirazlar başlanandan sonra hökumətin də Twitter-ə diqqəti artdı. Çünki, bir çox ictimai fəallar məhz bu şəbəkə vasitəsilə etirazlar haqda şəkillər, yazılar yayır, hətta məhkəmə zalındanca baş verənləri dünyaya çatdırırdılar.

Bundan sonra Səudiyyə Ərəbistanı Twitter -ə qarşı ilk addımını atdı. Hökumət Twitter-I məcbur etmək istəyir ki, hər hansı bir şəxs Twitterdə qeydiyyata düşərkən onun real kimlik kartı bilgilərindən istifadə edilsin. Yəni, Twitter istifadəçiləri artıq virtual olmaqdan çıxsın.

Ardınca bir sıra internet fəalları həbs edildi. Onlardan azı birinə qarşı küfür ittihamı irəli sürüldü və əgər günahı sübuta yetirilsə, onu edam edəcəklər.

Amma özünü islahatçı elan edən milyarder iş adamı – Şahzadə Alwaleed Bin Talal açıqca bəyan edir ki, bunlar hamısı social mediaya qarşı döyüşün uduzulmasıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG