Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:44

Minsk qrupu həmsədrləri Krakovdan bəyanat veriblər


ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanatda deyilir ki, mayın 17-də Polşanın Krakov şəhərində həmsədrlərin, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilib.

Görüşdə cari vəziyyətlə bağlı fikir mübadiləsi olub.

Həmsədrlər gərginliyi artıran hərəkətlərdən və sözlərdən çəkinməyin zəruriliyini qeyd ediblər.

Həmsədrlər qarşılıqlı etimad yaradan tədbirləri nazirlərlə müzakirə ediblər.

Bəyanatda daha sonra deyilir ki, həmsədrlər mayın sonunda regiona gələcəklər.
Onlar bu gün müzakirə olunan məsələləri prezidentlərlə müzakirə edəcəklər.
XS
SM
MD
LG