Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:54

Avropa Birliyi anti-homofobiya günündə tolerantlığa çağırır


Mayın 17-si Homofobiya əleyhinə beynəlxalq gündür. Avropa boyunca keçirilən nümayişlərdə tolerantlığa çağırılır.

Avropa Birliyinin Xarici Siyasət rəhbəri Catherine Ashton xüsusi bəyanat verərək Avropa Birliyinin bərabərliyə tərəfdar və diskriminasiya əleyhinə olduğunu bildirib.

Avropa Birliyinin Ədliyyə və Fundamental Azadlıqlar Komissarı Viviane Reding homofobiyanı və transfobiyanı ( transcinsi adamlardan qorxmaq) insan ləyaqətini pozmaq adlandırıb.

Avropa Birliyi bu gün son araşdırmasını yayıb. Araşdırmaya görə, Avropa lesbiyanların, homoseksualların, biseksualların və transgenderlərin 3-də 2-si öz seksuallığını açıq bildirməkdən qorxur.
XS
SM
MD
LG