Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

İlham Əliyevə Quran hədiyyə edildi


Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. President.az-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Bildirilib ki, Azərbaycanın ən qədim tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Bu, təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim məscidlərdən biri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dini abidələrin qorunub saxlanılmasına göstərdiyi diqqətə görə dövlət başçısına minnətdarlığını bildirdi və «Qurani-Kərim» hədiyyə etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG