Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-

«Şərq qapısı» - 17 may 2013


KƏPƏKLİ ÇÖRƏYƏ TƏLƏBAT ARTIR

Muxtar Respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən «Gəmiqaya Bərəkət Qida Məhsulları» Məhdud Məsuliyyətli Cəmiyyətidir.

«Gəmiqaya Bərəkət Qida Məhsulları» MMC-də kəpəkli çörək istehsalına ötən ilin sonundan başlanılmışdır.

İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək yüksək keyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanır. Elə bunun nəticəsidir ki, satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artır. Daxili bazarın tələbatına uyğun olaraq, müəssisənin tamamilə kəpəkli çörək istehsalına keçidi təmin olunmuşdur. İstehsal olunan müxtəlif çeşiddə kəpəkli çörək «Gəmiqaya Bərəkət Bazarlama» Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı maşınlarla gündəlik olaraq Naxçıvan şəhərində, rayon mərkəzlərində, ucqar dağ və sərhəd kəndlərində fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır.

ƏHALININ VƏ IŞ ADAMLARININ NƏZƏRİNƏ!

Dövlət Məşğulluq Xidmətinin Əmək birjası sektoru öz xidmətlərini təklif edir
Əmək birjası sektoru əhalidən və iş adamlarından ev işlərinin, o cümlədən məişət xidməti, yaşıllaşdırma, təmizlik və sair işlərin görülməsi üçün sifarişlər qəbul edir.

Peşəkar ustalar və xidmət göstərənlər tərəfindən sifarişlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə zəmanət verilir.

Sifarişlər hər gün (istirahət günlərindən başqa) saat 9.00-dan 18.00-dək telefonla və ya bilavasitə Əmək birjası sektoruna müraciət etməklə qəbul olunur.

Əmək birjasının xidmətlərindən istifadə edin!

Şərhləri göstər

XS
SM
MD
LG