Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:39

Salman Rüşdü elə bilib ki, oğlu və arvadını öldürüblər...


Hindistan - Vətənində Salman Rüşdünün müqəvvası radikal islamçılar tərəfindən yandırılır. 19 fevral 1999

Hindistan - Vətənində Salman Rüşdünün müqəvvası radikal islamçılar tərəfindən yandırılır. 19 fevral 1999

-

Bundan sonra Zəfər heç vaxt könül rahatlığı və fəxrlə Rüşdünün oğlu olduğunu deyə bilməyəcək...


Namiq Hüseynlinin tərcüməsi


SALMAN RÜŞDÜ ÖLÜM FİTVASI ALTINDA YAŞADIĞI İLLƏR HAQDA


“La Repubblica” qəzeti,
İtaliya



İnsan bir kitab yazır və bu onun həyatını həmişəlik dəyişdirir.

Xomeyninin xalq qarşısında verdiyi fitvadan, yəni ölüm hökmündən düz iyirmi il sonra Salman Rüşdü həyat hekayəsini danışmaq qərarına gəlib.

Bu onun yeni kitabının mövzusudur. Bu yeni ədəbiyyat şedevri insanı bir anın içində öz içinə alır.

2012-ci ildə bu kitabdan parçalar Amerikada çıxan həftəlik “Nyu-Yorker” jurnalının səhifələrində çap olunub.

Həmin illərdə ölüm hökmünü müəllif üçün kütləvi informasiya vasitələrinin diqqətini çəkmək və bu yolla kitablarını daha yaxşı satmaq fürsəti sayanlar, ya da “Rüşdü hər yerdə özünü göstərir”, “Rüşdü mühafizə olunur, o əyləncəni və qadınları çox sevir” Livan - Biz Salman Rüşdünün öldürməyə hazırıq" şüarı yazıçıya qarşı etiraz aksiyasında bir uşağın əlində. Beyrut, 26 fevral 1989

Livan - Biz Salman Rüşdünün öldürməyə hazırıq" şüarı yazıçıya qarşı etiraz aksiyasında bir uşağın əlində. Beyrut, 26 fevral 1989

imi ifadələri işlədənlər bu kitabı oxuyub o illərin necə qorxunc və çətin olduğunu anlamalıdırlar.

Yazıçı həmin dövrdə ikiqat zərbə altında qalmışdı.

Bir yandan ona ölüm hökmü verənlərdən qaçmağa can atır, bununla belə yaşamağa çalışır, o biri yandan isə ona qarşı olan ictimai qınağa və şəxsi həyatında yaxın adamlarının ondan bir-bir uzaqlaşmasına dözüm gətirməli olur.

Rüşdü ürəyinin dərinliyində dərk edirdi ki, ona qarşı olan bütün bu nifrət, bir-birindən ağır ittihamlar hamısı hələ də sağ qalmasına görədir. Təqiblərin ardı arası-kəsilmir.

Yazıçı ən yaxın adamlarından dəstək gözdədiyi bir vaxtda onlar hamısı ondan üz döndərir.

Ən pisi isə o idi ki, bir çoxları “Həyatımı darmadağın etdin”, “Səni müdafiə etmək üçün öz həyatımı təhlükəyə atdım” kimi ittihamlar dilə gətirərək onunla üzülüşdürdülər.

Kitabın “Nyu-Yorker”də çap olunan fəsillərindən birinin adı “Qeyb olanlar” dır.

Kitabda Salman Rüşdü haqda fitva verildikdən sonra onun aldığı zərbələr və mühafizəçilərin əhatəsində yaşadığı ilk günlərindən bəhs olunur.

O, tamamilə yeni bir həyata qədəm qoyur,

hər şey dəyişir, yaşayış yeri, adı (Yozef Anton polisin tələbi ilə onun qəbul etdiyi yeni adı olur), həyat tərzi, vərdişləri, münasibətləri, bir sözlə hər şey.

Bu andan etibarən o hətta ən yaxın dostları üçün də Salman olmaqdan çıxır. Bu fərqi ifadəli şəkildə göstərmək üçün müəllif kitabında özü haqqında üçüncü şəxs adından danışır.

Bu üçüncü şəxs indiki Salmanla həmin dəhşətli günlərdəki Salman arasında dərin şırım açır.

Rüşdü həmin məşhur ölüm hökmü xəbərini ona zəng edən BBC-nin jurnalistindən aldığını xatırlayır, bundan sonra isə onun evinə polis zəng edir.

Bu həmişə belə olub, əgər sən ictimai personajsansa, sənə aid olan şeylərdən özündən əvvəl xəbər tutan jurnalistlər var. Jurnalistin zənginin arxasıyca çoxlu ittiham və hədə dolu zənglər gəlməyə başlayır.

Hətta iş o həddə çatır ki, onun kitabının (“Şeytan ayələri”) ədəbi əsər kimi çox zəif, sadəcə, təhqirlərdən ibarət cızma-qara olduğunu deyirlər. İndi gəl bu adamlara başa sal ki, təhqir etmək istəsəydi, sadəcə təhqirlər yazardı, özü də bunu yazmaq üçün elə də uzun vaxt lazım deyil.
Türkiyə - İranın baş naziri Mir Hüseyn Musəvi Ankaradakı mətbuat konfransında Salman Rüşdüylə bağlı suala cavab verir. O deyir ki, bu, İran İslam Respublikasına qarşı təxribatdır. 17 fevral 1989

Türkiyə - İranın baş naziri Mir Hüseyn Musəvi Ankaradakı mətbuat konfransında Salman Rüşdüylə bağlı suala cavab verir. O deyir ki, bu, İran İslam Respublikasına qarşı təxribatdır. 17 fevral 1989


Məsələ ondadır ki, bu əsər kitab olmaqdan çıxıb, nə isə başqa böyük bir şeyə çevrildi.

Hətta onu müdafiə etməyə çalışan xoşməramlı, açıq dünyagörüşlü adamlar belə, əsərin zərərsiz olduğunu sübut etmək üçün kitatdan bircə sitat da tapa bilməyib geri durdular.

Onun “Quran”a alternativ olan, əslində isə mövcud olmayan dini kitab kimi təqdim etdiyi “Şeytan ayələri” cəmiyyətin bir tərəfinin nifrətini qazandığı halda, digər tərəfinin gözündə onu ifadə azadlığının və insan haqlarının müdafiəçisinə, cəsur cəngavərə çevirdi.

Fitva xəbəri onun həyatının ən çətin zamanında ortaya çıxdı

O dövrdə münasibətləri pisləşsə də, arvadı Rüşdü ilə birlikdə ictimai rəyə qarşı dayanmağı qərara aldı.

Kitabın bu hadisələrdən bəhs olunan səhifələrində Rüşdü şəxs əvəziliyi kimi hər yerdə “biz” kəlməsindən istifadə edir və birlikdə hərəkət etmələrini “cəsarətli addım” adlandırır.

Əgər dostluq etdiyin ya da sevdiyin birisi ittiham olunursa, “biz” kəlməsi ən nadir rast gəlinən və cəsarətli kəlmədir, çünki bu həmin adamın yükünü çəkmək və üzərinə risk götürmək, çətin zamanda atmamaq, sənin həyatına yaratdığı təhlükəni ona hiss etdirməmək anlamına gəlir.

Bununla belə, bir hökmün cəmi bir neçə saata hər şeyi: münasibətləri, əlaqələri, arzuları yerlə yeksan edə biləcəyindən xəbərdarsan. Ölüm hökmü təkcə ən ağlagəlməz qorxu və ağrı doğurmur, həm də kütləvi informasiya vasitələrinin gecə-gündüz ən incə detallara qədər məlumat yayması həyəcan yaradaraq vəziyyəti daha da çətinləşdirir.

Artıq vəziyyətlə mübarizə aparmaq imkanları tükənmiş Rüşdü dörd divar arasında çarəsiz qalmışdı, çünki ətrafdakı hər kəs vəziyyətdən xəbərdar idi.

Bu, qarşısıalınmaz qısaqapanma effekti yaratmışdı: hara gizlənirsən gizlən, yenə də hamı səni görür.

Bu hər kəsin gördüyü, gizlənmək istəyən insanın başına gələn şizofrenik ssenaridir.

Sən məşhursan, amma şəxsi həyatında artıq heç bir qərarı özbaşına verə bilmirsən, hətta özünə ev də seçmək haqqın yoxdur.

Həmçinin sən təkcə özün üçün yox, ailə üzvlərin üçün də narahat olursan, onlara görə də cavabdehlik daşıyırsan. Hökm elan edildikdən sonra Rüşdünün ağlına ilk gələn oğlu Zəfər olur, bu vaxt Zəfər “on yaş səkkiz aylığında” idi. O gündən etibarən o, övladı ilə keçirə bilmədiyi hər anı, birlikdə qeyd etmədikləri hər ad gününü, hər bayramı yadına salmağa başlayır.
Salman Rüşdü cangüdənlərin əhatəsində, 1992

Salman Rüşdü cangüdənlərin əhatəsində, 1992


Rüşdü bundan sonra övladını oyun meydançasına, yaxud məktəbə niyə apara bilməyəcəyini onun özünə başa salmağın çətinliyindən danışır.

Bundan sonra Zəfər heç vaxt başqa uşaqlar kimi könül rahatlığı və fəxrlə Rüşdünün oğlu olduğunu deyə bilməyəcək.

O, oğlunu razı salmaq üçün ona hər gün axşam düz yeddidə zəng vuracağına söz verir.

Salman bu sözünü hər gün dəqiqliklə yerinə yetirir, o vaxtacan ki, günlərin bir günü, onun zənginə kimsə cavab vermir.

Nə qədər çox vaxt keçirdisə, onun ağlına bir o qədər pis fikirlər gəlirdi

Dörd saat gözlədikdən sonra Rüşdü vəziyyəti aydınlaşdırmaq üçün polisə zəng edir. Polislər evə daxil olanda qapını açıq, işığı isə yanılı görürlər.

Vaxt keçir və Rüşdünün gözündə oğlu ilə birinci arvadının yerdə qan gölməçəsində uzanmış halda obrazı canlanır.

Xoşbəxtlikdən bu, gözlənilmədən baş verən bir əngəldən qaynaqlanır. Lakin bu dəhşət anları ölüm təhlükəsi altında yaşayan istənilən insanın nələr yaşadığını çox gözəl izah edir. Əgər adamlar səni tapa bilməsələr, sənin ailə üzvlərinlə haqq-hesab çəkməyə can atacaqlar.

Sən onları lazımi qədər yaxşı gizlədə bilmədiyindən ehtiyatlanırsan, onlar üçün təhlükəsiz bir həyat təmin edə bilmədiyinə, onları əzabdan xilas edə bilmədiyinə görə təəssüflənirsən.

Bir yandan da ətrafında daha əvvəl heç tanımadığın, amma birdən-birə ən yaxın adamına çevrilən mühafizəçilər ortaya çıxır. Bu insanlar tamamilə sənin kitaba həsr olunmuş həyatından uzaqdırlar, artıq darmadağın olmuş həyatını qorumağa, yazı masası arxasında keçən vaxtlarda sənə mane olmamağa çalışırlar.

Bəzən polislər sərt protokol qaydalarını pozub onu və Zəfəri luna-parka aparıb birlikdə reqbi oynamalarına, qısa da olsa normal bir həyat yaşamalarına imkan yaradırdı. Mühafizə altında yaşayan insan üçün belə məqamlar istisna təşkil edir, bəzənsə, sadəcə, mümkünsüz olur. Sən nə vaxtsa normal həyata qayıdacağın ümidi ilə yaşayırsan, amma özün özünü aldatdığını anlayırsan.

İlk dəfə mühafizəçi ilə təmin ediləndə Rüşdü öz oğlu Zəfərə və keçmiş arvadı Klarisaya polisin ona dediklərini deyib sakitləşdirməyə çalışır: “Polis deyir ki, bütün bunlar bir neçə gündən sonra bitəcək”.

Ölüm təhlükəsi altında olan həyat həmişə belə başlayır. Güya onu “cəmi bir neçə günlüyə” qoruyurlar. Ancaq üstündən neçə-neçə illər keçir...

Roberto Saviano
“La Repubblica” qəzeti, İtaliya
Çeviri: Namiq Hüseynli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG