Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:52

ARDNŞ Avro-2016-nın rəsmi sponsorlarından biri oldu


ARDNŞ 2016-cı ildə futbol üzrə Avropa birinciliyinin rəsmi sponsoru oldu.

“ARDNŞ-nin dünya idmanı ilə əməkdaşlığı qürurverici bir hadisədir”Ç - bunu
Apasport.az saytının xəbərinə görə, bunu Dövlət Neft Şirkətinin marketinq və investisiyalar üzrə vitse-prezidenti, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov deyib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2016-cı il futbol üzrə Avropa çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olub.

UEFA-nın marketinq direktoru G-L. Epstein əməkdaşlığı müsbət qarşılayıb: “Biz ARDNŞ-i Avro-2016-ya və 2014-2017-ci illərdə keçiriləcək Avropa seçmə oyunları daxil olmaqla, UEFA-nın milli komanda yarışlarının rəsmi sponsorları arasında görməkdən böyük məmnunluq duyuruq. Bu sponsorluq platforması ARDNŞ-ə öz brendini daha geniş təbliğ etmək üçün nadir imkan verir. ARDNŞ-in qlobal enerji şirkətinə çevrilmək məqsədi və bizim əməkdaşlığımız Avropa futbolunu daha geniş tamaşaçı kütləsinə təqdim etmək üçün böyük imkanlar yaratmış olacaq”.
XS
SM
MD
LG