Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:39

Əli Əhmədov: Hesab etmirəm ki, dialoq yalnız ATƏT şərtləri daxilində olmalıdır


Əli Əhmədov

Əli Əhmədov

-

«ATƏT ayrı-ayrı dövrlərdə, xüsusilə də seçki kampaniyaları ərəfəsində siyasi partiyalarla təmaslarını genişləndirir. Bu fəaliyyəti müsbət hesab edirəm. YAP da bu təmaslardan kənarda deyil və biz ATƏT-in həyata keçirdiyi layihələrdə iştirak edirik».

APA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay-ın seçkilər ərəfəsində ölkədə siyasi partiyalar arasında dialoqun təşkili təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, YAP-la digər siyasi partiyalar arasında bu və ya başqa formada dialoq həmişə davam edir:

«Amma hesab etmirəm ki, YAP və digər partiyalar yalnız ATƏT-in şərtləri daxilində dialoq qurmalıdır. Ehtiyac yarandıqca, YAP digər partiyalarla istənilən mövzu ətrafında dialoq, fikir mübadiləsi aparmaqdan kənara çəkilmir. Amma indi Azərbaycanda vətəndaşlarını düşündürən əsas məsələ siyasi partiyaların dialoqu deyil. Bu məsələ bəlkə də insanları düşündürən 20-30 məsələ arasında ən axırıncı yerdə dayanır. ATƏT-in bu məsələyə xüsusi həssaslıq göstərməsinin arxasında nələrin durduğunu mən demək istəmirəm. Bu təklifin əhəmiyyətini də aşağı salmaq istəmirəm. Amma qeyd etmək istəyirəm ki, YAP üçün seçki kampaniyası ərəfəsində həlledici məsələ seçicilərlə görüşməkdir».

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Targay jurnalistlərə bildirib ki, prezident seçkiləri ərəfəsində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə bir dəyirmi masa təşkil etmək niyyətindədirlər:

«Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları dəyərləndirmək üçün zəmin hazırlamaqdır. Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik də edə bilmərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib müzakirələr aparmasıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG