Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22
-

«3 aydan artıqdır ki, sənədlərim Sabunçu rayon tibbi-sosial ekspert komissiyasında ilişib qalıb. Əlillik dərəcəsi müəyyən etməlidirlər, get-gələ salıblar. Əlilliyi müəyyən etmək nə çətin işdir ki? Vaxtı niyə bu qədər uzadırlar, səbəbini bilmirəm».

Sabunçu qəsəbəsinin sakini 48 yaşlı Seyidhəsən Məmmədov əlillik dərəcəsi ala bilmir. Deyir, Moskva şəhərində iki dəfə ürəyindən əməliyyat olunub. Bir dədə də ağciyərindən əməliyyat olunub. Bundan başqa, «Hepatit C» xəstəsidir. Ancaq bu qədər xəstəliyi ilə əlillik dərəcəsi ala bilmir:

«Bu yaxınlarda Sabunçudakı 3 saylı xəstəxanada uzunmüddətli müalicə aldım. Oradan əlillik almaq üçün göndəriş verdilər. Aparıb Sabunçu rayon tibbi-sosial ekspert komissiyasına təqdim etmişəm. Ancaq hər gün deyirlər, «get, sabah gəl». Mən dərmanla yaşayan adamam. Gündə ən azı üç cür dərman qəbul etməliyəm. Həkim də deyib ki, mənə 2-ci qrup əlillik düşür. Heç olmasa pensiya kəsərlər, dərmanlarımın xərcinin bir hissəsini o pensiya ört-basdır edər».

Ancaq deyəsən Seyidhəsən Məmmədov daha bundan sonra çox gözləməyəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayon tibbi-sosial ekspert komissiyasından «Qaynar xətt»ə bildiriblər ki, Seyidhəsən Məmmədovun sənədləri komissiya tərəfindən qəbul edilib və yaxın vaxtlarda əlillik dərəcəsi müəyyən olunacaq. Bu barədə onun özünə də məlumat verilib. Seyidhəsən Məmmədov da «Qaynar xətt»ə bunu təsdiqləyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG