Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59
-

«Aramızda əvvəldən söz-söhbət vardı. İndi işıq idarəsinə satış şöbəsinə müdir təyin olunub. Məndən qisas almaq üçün dəqiqədə adamlarını göndərib, işığımı kəsdirir».

Sabirabadın Balahəşimxanlı kəndində yaşayan Zakir Əliyev «Qaynar xətt»ə 45 gün işıqsız qalmasının səbəblərindən danışır. Deməsinə görə, rayonun işıq idarəsində satış şöbəsinin müdiri işləyən Əfqan Kəlbiyevin onunla qərəzçiliyi var. Vəzifəyə təyin olunandan sonra onun yaşadığı ünvana gedən elektrik xəttini günaşırı kəsdirir:

«Vaxtı-vaxtında işıq pulunu ödəyirəm. Bütün ayların qəbzləri də məndə var. May ayının da pulunu mənə ödətdiriblər. Borcum yoxdur. Kimə deyirəm, heç kəs onunla bacarmır. Neyliyim, köçüm Sabirabaddan gedim?».

XİRTDƏYƏCƏN BORCUN İÇİNDƏDİR...

Sabirabadın Elektrik Şəbəkəsinin satış şöbəsinin müdiri Əfqan Kəlbiyev isə «Qaynar xətt»ə bildirib ki, Zakir Əliyevin sayğaca müdaxiləsi üzə çıxıb və hazırda necə deyərlər, xirtdəyədək borcun içərisindədir:

- «Nə ödəniş edib, gətirsin qəbzlərini göstərsin. Biz onun evindəki sayğaca müdaxilə etdiyini tutmuşduq. Sayğacı dəyişdik, protokol yazdıq. Hazırda onun 770 manat debitor borcu var. Dəfələrlə təklif etdik ki, gəlsin idarəmizlə razılaşma protokolu imzalasın ki, aybaay işlədəcəyi elektrik enerjisinə görə ödəniş edərkən debitor borcundan da ödəyəcək, ancaq razılığa gəlmirdi. Biz də ünvanına gedən elektrik enerjisini kəsdik və protokollaşdırdıq. Uzun müddət keçəndən sonra gəldi 100 manata qədər ödədi, bu gün evinə elektrik enerjisinin verilişini bərpa etdik.

- Abonent şikayət edir ki, əvvəllər aranızda olan gərgin münasibətə görə vəzifəyə keçəndən sonra ondan evinin işığını kəsməklə qisas alırsınız...

- Uzun illərdir müəllim işləyir, ancaq yalan danışır. Zakir Əliyev mənim üçün xidmət göstərdiyim 33 min abonentdən biridir. Gətirsin vaxtlı-vaxtında ödənişlərini etsin, sayğaca əl gəzdirməsin, mənim başqa heç bir tələbim, istəyim yoxdur. Əksinə, dəfələrlə montyorlarımızı söyüb, təhqir edib, həyətindən qovub, ancaq dillənməmişik ki, yaşlı kişidir, müəllim adamdır».

Əsas odur ki, Zakir Əliyev daha şam işığında oturmur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG