Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

Əvəz Zeynallı 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb


Əvəz Zeynallı

Əvəz Zeynallı

-
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasından 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu haqda vəkil Elçin Sadıqov «Mediaforum»a məlumat verib:

«Köçürülmə ilə bağlı əvvəldən heç bir məlumat verilməyib. Qanunvericiliyin tələbinə görə, köçürülmə yalnız apellyasiya məhkəməsinin qərarı təqdim olunduqdan sonra mümkündür. Apellyasiya məhkəməsinin qərarı təqdim olunmayıb və onun köçürülməsi ilə bağlı mənə heç bir məlumat verilməyib. Mən Əvəz Zeynallı cəzaçəkmə müəssisəsinə göndərildikdən 2 gün sonra bu haqda xəbər tutmuşam. Əvəz Zeynallının cəzaçəkmə müəssisəsinə gətirildiyi gündən ciddi rejimlə üzləşməsi də narahatlıq doğurur».

Vəkilin sözlərinə görə, Əvəz Zeynallının gündəlik qəzetlərlə təmin olunması qadağan edilib:

«Əvəz Zeynallı 15 gün müddətində karantində saxlanacaq. Bunu səbəb gətirərək ona yaxınları ilə görüşmək və telefon əlaqəsi qurmaq qadağan olunub».

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-dən həbsdə olan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib. Mayın 13-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
XS
SM
MD
LG