Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:18

Ziya Məmmədov Göyçayda sakinlərlə görüşür


Arxiv foto
Arxiv foto
-

Mayın 17-də Nəqliyyat naziri Ziya Məmmədov Göyçayda sakinlərlə görüşür. AzadlıqRadiosunun bölgə müxbirinin məlumatına görə, nazirlə görüşəcək adamlar 1 həftə öncədən siyahıya alınıb. Adları siyahıda olmayan şəxslərin görüşə buraxılmayacağı deyilir.

Göyçayda, Heydər Əliyev adına Mərkəzdə baş tutan görüşdə sakinləri siyahıya alan mərkəzin direktoru Hüseyn Həsənov narazı sakinləri nazirlə görüşə buraxmır. O AzadlıqRadiosunun əməkdaşına çəkiliş aparmağa da imkan verməyib.

Nazirə təkcə nəqliyyat problemləri ilə deyil, digər sosial məsələlərə görə də üz tutanlar var.

Göyçay sakini Səmayə Haqverdiyeva bildirib ki, 8 ildir nəvəsinə düşən alimenti ala bilmirlər. Nazirin rayona gəldiyini eşidib, dərdini danışmaq üçün nazirə üz tutub. Ancaq adı əvvəlcədən siyahıya alınmadığından, onu nazirlə görüşə buraxmayıblar:

«8 ildir nəvəmə düşən alimenti ala bilmirəm. Müraciət etmədiyim yer qalmayıb, hətta Bakıya da gəlmişəm. İndi eşitdim ki, nazir rayondadır, gəldim görüşünə. Adım siyahıda olmadığından içəri buraxmırlar. Mənim xəbərim olmayıb nazirin gələcəyindən, yoxsa siyahı üçün müraciət edərdim. Nazirlə görüşüb, demək istəyirəm ki, mənə aliment almaqda kömək etsin».

Nəqliyyat naziri Ziya Məmmədov gün ərzində Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Ağsu, Zərdab, Qobustan, Şamaxı və Ağcabədidən olan sakinləri qəbul edəcək. Hazırda görüş davam edir.
XS
SM
MD
LG