Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

«Eurovision-2013»ün qalibi hansı ölkə olacaq? [Sorğu]


-

Eurovision - FM

Facebook-dan birbaşa şərh yaz

“Eurovision-2013" mahnı müsabiqəsinin finalı artıq yaxınlaşır. Sosial şəbəkələrdə isə seçimlər indidən başlayıb. İstifadəçılər iştirakçı ölkələrin mahnıları haqqında müxtəlif proqnozlar verir.
Bu il müsabiqəyə maraq nə dərəcədədi? Hansı ölkələrin təmsilçiləri favorit hesab olunur?Azərbaycan təmsilçisi Fərid Məmmədovun ifası necə qiymətləndirilir?
Suallara 17 may saat 19:00-da Azadlıq FM-də cavab axtarmışıq:

Bəstəkar Gövhər Həsənzadə:

- Mən bir neçə il əvvəl Eurovision-da öz köməkliklərimi etmişəm. Artıq Eurovision-da iştirak etmirəm. Nə təşkilatçı, nə də bəstəkar kimi...
- Eurovision-da Azərbaycanı təmsil edən Fəridin çıxışını çox bəyəndim. Həqiqətən çox gözəl çıxış etdi...
- Yarışmada ən zəif iştirak Ermənistan ifaçılarda idi. Mən tam peşəkar kimi bunu deyirəm...
- Eurovision daha çox siyasi yarışmadı. Kommersiya yarışması olsaydı tam fərqli bir yarışma izləyərdik.

Bəstəkar Murad Arif:

- Son zamanlar tamaşaçılar hiss edirlər ki, Eurovision-a maraq, diqqət azalıb. Sanki Eurovision yorulub.
- Demək olar ki, son zamanlar hamı bilir ki, kim kimə səs verəcək, kim kimi dəstəkləyəcək.
- Həm də Eurovision-da güclü mahnı azdır.
XS
SM
MD
LG