Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:20

Fələstin xalqına yardım üçün Azərbaycanda konfrans keçiriləcək


Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Karim konfransın iyunun 11-də keçiriləcəyini bildirib.

Səfirin sözlərinə görə, beynəlxalq konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrdən yüksək səviyyəli nümayəndə heyətləri təmsil olunacaq:

«Azərbaycan hər zaman Fələstinə öz dəstəyini verib. Konfransın məqsədi Fələstini və Qüdsü dəstəkləmək, Fələstin dövlətinin təhlükəsizliyini təmin etməkdir. Azərbaycan bu məsələdə bir daha öz humanistliyini nümayiş etdirdi».

N. A. Karim-in sözlərinə görə, Fələstini konfransda xarici işlər naziri Riyad al-Maliki-nin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti təmsil edəcək.

Konfransın məqsədi Fələstin xalqına dəstək məqsədi ilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılmasıdır.

Bu şəbəkənin təsis edilməsi İƏT ölkələrinin bu ilin fevralında Misirin paytaxtı Qahirədə keçirilmiş dövlət və hökumət başçılarının 13-cü zirvə görüşünün yekun kommünikesində əksini tapıb. Məlumatı APA yayıb.
XS
SM
MD
LG