Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:12

«Gəzən kitabxana» Tovuzdadır


Foto: Arxiv
Foto: Arxiv
-
Tovuzda «Gəzən kitabxana» layihəsi reallaşır. Layihə əsasında 5 mindən artıq çap və 10 min elektron kitab səyyar kitabxanaya yerləşdirilib.

Hər kəs şəxsiyyət vəsiqəsini təqdim etməklə istədiyi ədəbiyyatı alıb oxuya, surətini çıxara bilər.

Layihə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının dəstəyi ilə baş tutub.

«Gəzən kitabxana» Tovuzda mayın 20-dək olacaq, daha sonra Gəncə və Qazaxda davam edəcək.
XS
SM
MD
LG