Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:56

Eurovision yenidən Bakıya? Niyə də yox.


"Eurovision-2013" müsabiqəsində Azərbaycanı kim və hansı mahnı ilə təmsil edir?
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

"Eurovision-2013" müsabiqəsində Azərbaycanı kim və hansı mahnı ilə təmsil edir?

Mayın 16-da İsveçin Malmo şəhərində “Eurovision 2013” mahnı müsabiqəsinin II yarımfinalı keçirilirdi.

Azərbaycan təmsilçisi Fərid Məmmədovun da iştirak etdiyi bu qrupda 17 ölkə arasından ancaq 10-u yarışı davam etdirəcəkdi. Münsiflərin və tamaşaçıların səsverməsi əsasında seçilmiş 10 ölkə arasında Azərbaycanın da adı var idi.

İndi Fərid Məmmədov "Hold me" mahnısını mayın 18-də keçiriləcək finalda ifa edəcək.

Finala çıxan digər ölkələr Macarıstan, Gürcüstan, Rumaniya, Norveç, Islandiya, Ermənistan, Finlandiya, Malta və Yunanıstan oldular.

Latvia, San Marino, Makedoniya, Bolgaristan, Israil, Albaniya, İsveçrə yarımfinal mərhələsini keçə bilmədlilər.

Yarımfinaldan sonra keçirilən mətbuat konfransında Fərid Məmmədov ancaq final haqda fikirləşdiyini dedi. İfa etdiyi "Hold me" mahnısı arxasında hansısa mesajın olub-olmamağı haqda suala isə sadəcə olaraq onun müəlliflərinə təşəkkür etdiyini deməklə cavab verdi.

Qələbə və Eurovoson finalının yenidən "Odlar yurdu"nda keçirilməsi haqda soruşanda isə "Niyə də yox?" dedi.

Sonda Fərid Məmədov final çıxışının sırasını müəyyənləşdirmək üçün püşk çıxartdı. Mayın 18-də Azərbaycanı təmsil edən Fərid Məmmədov səhnəyə 2-cı cıxacaq.
XS
SM
MD
LG